Mürəkkəb ədədlərin sadə vuruqlara ayrılması 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 4 nəfər
  • Sayt:

  • 

    Mürəkkəb ədədlərin sadə vuruqlara ayrılması

    Tarix: 3 mart 2015 | 16:18, Baxılıb 1.2min
    Son Yenilənmə Tarixi: 1 oktyabr 2015
    Mövzu: Natural ədədlər [8],
    Müəllif: Elçin Hüseynov

    Ədədin müsbət tam bölənlərindən sadə olanları bu ədədin sadə vuruqları adlanır. Ədədin sadə vuruqları sadə ədədlərdən ibarət olur.

    Ədədin sadə vuruqların hasili şəklində göstərilməsinə ədədin sadə vuruqlara ayrılması deyilir.

    Ədədi sadə vuruqların hasili şəklində göstərdikdə və ədədi sadə vuruqlara ayırdıqda əvvəlcə ən kiçik vuruğu, sonra birincidən böyük olan, sonra ikincidən böyük olan və s. vuruqları yazmaq qəbul olunmuşdur.

    Ədədi sadə vuruqlara ayırdıqda tam bölünmə əlamətlərindən istifadə edilir.

    Aydındır ki, sadə ədədlərin iki böləni olur: Ədədin özü və vahid.

    Misal:
         72 ədədini sadə vuruqlara ayırmaq.

    İzahı:

    72|2
    36|2
    18|2
      9|3
      3|3
      1|
     72 ədədinin müxtəlif sadə vuruqları '2' və '3' - dür.

     72 ədədinin müxtəlif sadə vuruqlarının sayı 2 dənədir ⇒ [2 3]

     72 ədədinin sadə vuruqlarının sayı 5 dənədir ⇒ [2 2 2 3 3]

     72 ədədinin sadə vuruqların hasili şəklində göstərilməsi
     ⇒ 72 = 2 · 2 · 2 · 3 · 3



     72 ədədinin sadə vuruqların hasili şəklində aşağıdakı kimi göstərilməsi səhvdir:

     72 = 3 · 3 · 2 · 2 · 2
     72 = 3 · 2 · 3 · 2 · 2
     72 = 2 · 3 · 3 · 2 · 2    və s.

    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.