Yuvarlaqlaşdırma 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 7 nəfər
  • Sayt:

  • 

    Yuvarlaqlaşdırma

    Tarix: 7 aprel 2015 | 16:18, Baxılıb 7.7min
    Son Yenilənmə Tarixi: 1 oktyabr 2015
    Mövzu: Adi Və Onluq Kəsrlər [13],
    Müəllif: Elçin Hüseynov

    Vergüldən sonrakı 1 - ci mərtəbə onda birlər, 2 - ci mərtəbə yüzdə birlər, 3 - cü mərtəbə mində birlər və s. adlanır.

    Onda birlər mərtəbəsinin vahidi --------------------------- 0,1
    Yüzdə birlər mərtəbəsinin vahidi -------------------------- 0,01
    Mində birlər mərtəbəsinin vahidi -------------------------- 0,001
    On mində birlər mərtəbəsinin vahidi --------------------- 0,0001
    Yüz mində birlər mərtəbəsinin vahidi -------------------- 0,00001 və s.

    Ədədin onda birlər mərtəbəsində 0, 1, 2, 3, 4 rəqəmlərindən biri durarsa, onu təkliklərə qədər yuvarlaqlaşdırarkən kəsr hissə atılır və təqribi qiymət olaraq tam hissə götürülür.

    Ədədin onda birlər mərtəbəsində 5, 6, 7, 8, 9 rəqəmlərindən biri durarsa, onu təkliklərə qədər yuvarlaqlaşdırarkən kəsr hissə atılır və tam hissənin üzərinə vahid əlavə olunur.

    Misal:
         57,368 ədədini təkliklərə qədər yuvarlaqlaşdıraq.

    İzahı:
         Onda birlər mərtəbəsində '3' olduğu üçün kəsr hissə atılır və '7' dəyişmir.

                 57,368 ≈ 57

         ≈ → Təqribi işarəsi

    Ədəd hər hansı mərtəbəyə qədər yuvarlaqlaşdırılırsa, bu mərtəbədən sonrakı bütün rəqəmlər sıfırla əvəz olunur, həmin rəqəmlər vergüldən sonra gəlirsə atılır.

    Atılan və ya sıfırla əvəz edilən birinci rəqəm 0, 1, 2, 3, 4 rəqəmlərindən biri olarsa, ondan əvvəlki rəqəm dəyişmir.

    Atılan və ya sıfırla əvəz edilən birinci rəqəm 5, 6, 7, 8, 9 rəqəmlərindən biri olarsa, ondan əvvəlki rəqəm bir vahid artırılır.

    Misal:
       23842 ədədini onluqlara, yüzlüklərə, minliklərə, on minliklərə qədər yuvarlaqlaşdıraq.

    İzahı:
       23842 ≈ 23840 Onluqlar mərtəbəsindən sonrakı birinci rəqəm '2' olduğu üçün '4' dəyişmir.


       23842 ≈ 23800 Yüzlüklər mərtəbəsindən sonrakı birinci rəqəm '4' olduğu üçün '8' dəyişmir.


       23842 ≈ 24000 Minliklər mərtəbəsindən sonrakı birinci rəqəm '8' olduğu üçün '3' bir vahid artırılır.


       23842 ≈ 20000 On minliklər mərtəbəsindən sonrakı birinci rəqəm '3' olduğu üçün '2' dəyişmir.
    Misal:
       43,72846 ədədini təkliklərə, onluqlara,onda birlərə, yüzdə birlərə, mində birlərə, on mində birlərə qədər yuvarlaqlaşdıraq.

    İzahı:
       43,72846 ≈ 44 Təkliklər mərtəbəsindən sonrakı birinci rəqəm '7' olduğu üçün '3' bir vahid artırılır.


       43,72846 ≈ 40 Onluqlar mərtəbəsindən sonrakı birinci rəqəm '3' olduğu üçün '4' dəyişmir.


       43,72846 ≈ 43,7 Onda birlər mərtəbəsindən sonrakı birinci rəqəm '2' olduğu üçün '7' dəyişmir.


       43,72846 ≈ 43,73 Yüzdə birlər mərtəbəsindən sonrakı birinci rəqəm '8' olduğu üçün '2' bir vahid artırılır.


       43,72846 ≈ 43,728 Mində birlər mərtəbəsindən sonrakı birinci rəqəm '4' olduğu üçün '8' dəyişmir.


       43,72846 ≈ 43,7285 On mində birlər mərtəbəsindən sonrakı birinci rəqəm '6' olduğu üçün '4' bir vahid artırılır.

    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.