Sistematik kəsrlər 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 5 nəfər
  • Sayt:

  • 

    Sistematik kəsrlər

    Tarix: 11 aprel 2015 | 16:18, Baxılıb 5.7min
    Son Yenilənmə Tarixi: 1 oktyabr 2015
    Mövzu: Adi Və Onluq Kəsrlər [7],
    Müəllif: Elçin Hüseynov

    Surəti istənilən ədəd, məxrəci isə müəyyən ədədin qüvvəti olan ədədlər sistematik kəsrlər adlanır. Əgər məxrəc 10 - nun qüvvətidirsə, onda belə adi kəsrlər onluq kəsrlər adlanır.

    Məsələn: 1 10 \frac{1}{10} = 0,1; 3 10 2 \frac{3}{10^{2}} = 0,03; 5 10 3 \frac{5}{10^{3}} = 0,005 və s. onluq kəsrlərdir.

           1 60 ; \frac{1}{60}; 4 60 2 ; \frac{4}{60^{2}}; 2 60 3 \frac{2}{60^{3}} və s. altmışlıq kəsrlərdir.

          və s.

    Adi kəsrləri onluq kəsrlərə çevirmək üçün kəsrin surətini məxrəcə bölmək lazımdır. Bu zaman vergüldən sonra alınan rəqəmlərin sayı sonlu olarsa, bele kəsrlərə sonlu onluq kəsrlər, vergüldən sonra alınan rəqəmlərin sayı sonsuz olarsa, bele kəsrlərə sonsuz onluq kəsrlər deyilir.

    Əgər kəsrin məxrəcini sadə vuruqlara ayırdıqda "2" və "5" sadə vuruqları olarsa, belə kəsrlər sonlu onluq kəsrlər olacaqdır.

    Əgər kəsrin məxrəcini sadə vuruqlara ayırdıqda "2" və "5" sadə vuruqlarından başqa sadə vuruq(lar) olarsa, belə kəsrlər sonsuz onluq kəsrlər olacaqdır.

    Sonsuz onluq kəsrlər dövrü və dövrü olmayan onluq kəsrlərə bölünür. Vergüldən sonra ədədlər və ya ədədlər qrupu təkrarlanırsa, belə kəsrlərə dövrü onluq kəsrlər deyilir. Dövrü onluq kəsrlər saf və qarışıq dövrü onluq kəsrlərə bölünür. Vergüllə dövr arasında ədəd olmazsa, belə kəsrlər saf dövrü onluq kəsrlər adlanır.

    Məsələn: 2,(3) = 2,33333...

         0,(75) = 0,75757575...

         1,(618) = 1,618618618... və s.

    Saf dövrü onluq kəsri adi kəsrə çevirmək üçün tam hissə tamlığında qalır, surətdə dövr, məxrəcdə isə dövrdəki rəqəmlərin sayı qədər doqquzlar yazmaq lazımdır.

    Məsələn: 2,(3) = 2 3 9 = 2 1 3

         0,(2) = 2 9

         0,(79) = 79 99  və s.

    Vergüllə dövr arasında ədəd olarsa, belə kəsrlər qarışıq dövrü onluq kəsrlər adlanır.

    Məsələn: 2,0(5) = 2,05555...

         0,11(98) = 0,1198989898...

         1,6(18) = 1,618181818... və s.

    Qarışıq dövrü onluq kəsri adi kəsrə çevirmək üçün tam hissə tamlığında qalır, məxrəcdə dövrdəki rəqəmlərin sayı qədər doqquzlar, vergüllə dövr arasındakı rəqəmlərin sayı qədər sıfırlar yazmaq, surətdə isə vergüldən sonrakı ədəddən (bütövlükdə) vergüllə dövr arasındakı ədədi çıxmaq lazımdır.

    Məsələn: 2,0(5) = 2 5 0 90 = 2 5 90 = 2 1 18

         2,9(5) = 2 95 9 90 = 2 86 90 = 2 43 45

         4,01(17) = 4 117 1 9900 = 4 116 9900  və s.

    Dövrü olmayan sonsuz onluq kəsrlər irrasional ədəddir.

    Hər bir sonlu onluq kəsri və hər bir tam ədədi sonsuz dövrü onluq kəsr şəklində göstərmək olar.

    Hər bir sonlu onluq kəsrə dövrü sıfır olan qarışıq dövrü onluq kəsr kimi baxmaq olar.

    Hər bir tam ədədə dövrü sıfır olan saf dövrü onluq kəsr kimi baxmaq olar.


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.