Əmsalları parametrdən asılı olan ax = b birdəyişənli xətti tənliyinin araşdırılması 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 8 nəfər
  • Sayt:

  • 

    Əmsalları parametrdən asılı olan ax = b birdəyişənli xətti tənliyinin araşdırılması

    Tarix: 17 dekabr 2016 | 00:23, Baxılıb 188
    Son Yenilənmə Tarixi: 17 dekabr 2016
    Mövzu: Birməchullu Tənliklər Və Məsələlər [13],
    Müəllif: Elçin Hüseynov

    Bəzi hallarda ax = b birdəyişənli xətti tənliyinin a və b əmsalları verilmiş ədəd deyil, başqa dəyişəndən asılı olur. Belə dəyişənə parametr deyilir. ax = b birdəyişənli xətti tənliyinin varlığı üçün araşdırdığımız şərtlərdən istifadə edərək a və b əmsalları parametrdən asılı olduqda tənliyin həlləri çoxluğunu tapmaq olur.

    Misal 1. m parametrinin hansı qiymətində (2m - 4)x = -5 tənliyinin yeganə kökü var?

    İzahı:

    Bilirik ki, a ≠ 0, b istənilən ədəd olduqda birdəyişənli xətti tənliyin yeganə kökü var. Bu tənlikdə a = 2m - 4 olduğundan, 2m - 4 ≠ 0, yəni m ≠ 2 olduqda verilmiş tənliyin yeganə kökü var.

    Misal 2. n parametrinin hansı qiymətində (3n + 6)x = -0,19 tənliyinin kökü yoxdur?

    İzahı:

    Bilirik ki, a = 0, b ≠ 0 olduqda birdəyişənli xətti tənliyin kökü yoxdur. Bu tənlikdə a = 3n + 6, b = -0,19 ≠ 0. Deməli, 3n + 6 = 0 olduqda, yəni n = -2 olduqda verilmiş tənliyin kökü yoxdur.

    Misal 3. p parametrinin hansı qiymətində (p + 1)x = p(p + 1) tənliyinin sonsuz sayda kökü var?

    İzahı:

    Bilirik ki, a = 0, b = 0 olduqda birdəyişənli xətti tənliyin sonsuz sayda kökü var. Bu tənlikdə a = p + 1, b = p(p + 1). Deməli, p + 1 = 0 və p(p + 1) = 0 olmalıdır ki, bu da p = -1 olduqda mümkündür. Beləliklə, p = -1 olduqda verilmiş tənliyin sonsuz sayda kökü olar.


    p + 1 = 0     p(p + 1) = 0

         p = -1      p = 0   p + 1 = 0

                       p = -1


    p = 0 olduqda p + 1 = 0 bərabərliyi ödənmir. p = -1 olduqda isə p + 1 = 0 və p(p + 1) = 0 bərabərlikləri ödənir.


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.