Xətti tənlik 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 8 nəfər
  • Sayt:

  • 

    Xətti tənlik

    Tarix: 16 dekabr 2016 | 17:20, Baxılıb 208
    Son Yenilənmə Tarixi: 16 dekabr 2016
    Mövzu: Birməchullu Tənliklər Və Məsələlər [11],
    Müəllif: Elçin Hüseynov

    Dəyişənləri x1, x2, ... , xn olan


    a1x1 + a2x2 + ... + anxn = b (1)


    şəklində olan tənliyə xətti tənlik deyilir. (1) şəklində olan istənilən tənliyi xətti tənlik adlandıracağıq. Ancaq qeyd edək ki,


    a1 = a2 = ... = an = 0, b = 0


    halında istənilən (x1, x2, ... , xn) ədədlər sistemi (1) tənliyinin həllidir,


    a1 = a2 = ... = an = 0, b ≠ 0


    halında isə (1) tənliyinin heç bir həlli yoxdur.

    Əgər xətti tənlikdə bir dəyişən varsa, birdəyişənli xətti tənlik, iki dəyişən varsa, ikidəyişənli xətti tənlik, üç dəyişən varsa, üçdəyişənli xətti tənlik, n dəyişən varsa, n dəyişənli xətti tənlik adlanır.


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.