Kəmiyyətlərin ölçü vahidləri 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 8 nəfər
  • Sayt:

  • 

    Kəmiyyətlərin ölçü vahidləri

    Tarix: 4 mart 2016 | 12:42, Baxılıb 9.5min
    Son Yenilənmə Tarixi: 4 mart 2016
    Mövzu: Natural ədədlər [21],
    Müəllif: Elçin Hüseynov

    Uzunluq vahidi metr Beynəlxalq vahidlər sistemində əsas vahidlərdən biridir. Başqa ölçü vahidləri metrəyə əmsalların vurulması ilə alınır. Bu aşağıda verilmişdir:

    • Kilometr (işarələmə: km): 1 km = 10 hm = 100 dam = 1000 m = 103 m
    • Hektometr (işarələmə: hm): 1 hm = 10 dam = 100 m = 102 m
    • Dekametr (işarələmə: dam): 1 dam = 10 m = 101 m
    • Metr (işarələmə: m): 1 m = 10 dm = 100 sm = 1000 mm = 100 m
    • Desimetr (işarələmə: dm): 1 dm = 10 sm = 100 mm = 10-1 m
    • Santimetr (işarələmə: sm) — Beynəlxalq vahidlər sistemində (BS) 0,01 metrə bərabər uzunluq vahididir. SQS sistemində əsas uzunluq vahididir. SQS (santimetr-qram-saniyə) sistemi Beynəlxalq Vahidlər Sistemi (BS) qəbul edilməzdən əvvəl geniş yayılmış ölçü vahidləri sistemidir. SQS sistemində uzunluq vahidi santimetr, kütlə vahidi qram, zaman vahidi isə saniyə qəbul olunur: 1 sm = 10 mm = 10-2 m
    • Millimetr (işarələmə: mm): 1 mm = 1000 μm = 10-3 m
    • Mikrometr (işarələmə: μm): 1 μm = 1000 nm = 10-6 m
    • Nanometr (işarələmə: nm): 1 nm = 1000 pm = 10-9 m
    • Pikometr (işarələmə: pm): 1 pm = 1000 fm = 10-12 m
    • Femtometr (işarələmə: fm): 1 fm = 1000 am = 10-15 m
    • Attometr (işarələmə: am): 1 am = 1000 zm = 10-18 m
    • Zeptometr (işarələmə: zm): 1 zm = 10-21 m

    Kütlə vahidi kiloqram Beynəlxalq vahidlər sistemində əsas vahidlərdən biridir. Başqa ölçü vahidləri kiloqrama əmsalların vurulması ilə alınır.

    • Kiloqram (işarələmə: kq): 1 kq = 1000 q
    • Ton (işarələmə: t): 1 t = 1000 kq
    • Sentner (işarələmə: s): 1 s = 100 kq

    Zaman vahidi saniyə (işarələmə: san) Beynəlxalq vahidlər sistemində əsas vahidlərdən biridir. Başqa ölçü vahidləri saniyəyə əmsalların vurulması ilə alınır.

    • Dəqiqə (işarələmə: dəq): 1 dəq = 60 san
    • Saat (işarələmə: saat): 1 saat = 60 dəq
    • Sutka (işarələmə: sutka): 1 sutka = 24 saat
    • İl (işarələmə: il): 1 il = 12 ay

    Beynəlxalq vahidlər sistemində əsas sahə vahidi kvadrat metrdir. Başqa ölçü vahidləri kvadrat metrəyə əmsalların vurulması ilə alınır.


    • Kvadrat metr (işarələmə: m2) tərəfi 1 metr olan kvadratın sahəsidir: 1 m2 = 1 sа (santiar)
    • Kvadrat kilometr (işarələmə: km2) tərəfi 1000 metr olan kvadratın sahəsidir: 1 km2 = 1000000 m2
    • Kvadrat santimetr (işarələmə: sm2): 10 000 sm2 = 1 m2
    • Kvadrat millimetr (işarələmə: mm2): 1 000 000 mm2 = 1 m2
    • Ar (işarələmə: ar) tərəfi 10 metr olan kvadratın sahəsidir: 1 ar = (10m)2 = 100 m2
    • Hektar ('hekto' + 'ar', işarələmə: ha) tərəfi 100 metr olan kvadratın sahəsidir: 1 ha = 102 · 1 ar = 100 ar = 10000 m2
    • Poqon (işarələmə: poqon): 1 poqon = 0,5 ha = 5000 m2

    Beynəlxalq vahidlər sistemində əsas həcm vahidi kub metrdir (işarələmə: m3). Kub metr tili 1 metr olan kubun həcmidir. Başqa ölçü vahidləri kub metrəyə əmsalların vurulması ilə alınır.


    • Litr (işarələmə: l): 1 l = 10 dm3
    • Barel (işarələmə: barel): 1 barel = 159 l
    Əmsalların adları aşağıda verilmişdir:
    • Deka: 101
    • Hekto: 102
    • Kilo: 103
    • Meqa: 106
    • Qiqa: 109
    • Tera: 1012
    • Peta: 1015
    • Eksa: 1018
    • Zetta: 1021
    • Yotta: 1024
    • Desi: 10-1
    • Santi: 10-2
    • Milli: 10-3
    • Mikro: 10-6
    • Nano: 10-9
    • Piko: 10-12
    • Femto: 10-15
    • Atto: 10-18
    • Zepto: 10-21
    • Yokto: 10-24

    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.