Birhədlilər 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 3 nəfər
  • Sayt:

  • 

    Birhədlilər

    Tarix: 19 iyun 2015 | 16:18, Baxılıb 943
    Son Yenilənmə Tarixi: 20 iyun 2015
    Mövzu: Tam cəbri ifadələr [3],
    Müəllif: Elçin Hüseynov

    Ədədlər, dəyişənlər və ya onların müəyyən qüvvətlərinin hasilindən ibarət olan ifadəyə birhədli deyilir. Məsələn:

     0; 1; x; 3; 5; 2b; 5ab; ay; x2; 3a3y2; -3a·2ab və s. ifadələri həm birhədlidir, həm də çoxhədlidir.

     3y2/c ifadəsi birhədli deyil, çünki məxrəcdə dəyişən vardır.

    Birhədlinin eyni vuruqlarının hasilini əsası həmin vuruq olan qüvvətlə əvəz etmək olur. Ona görə də qüvvət, yaxud qüvvət daxil olan hasil də birhədlidir.

    Birinci vuruğu ədəd, hər bir dəyişən isə bir dəfə olmaqla, dəyişənlərin müəyyən qüvvətlərinin hasili şəklində yazılmış birhədliyə birhədlinin standart şəkli deyilir.

    Yəni birhədlidə hesablama əməli yerinə yetirmək mümkün deyilsə, həmin birhədli standart sayılır.

    İstənilən birhədlini standart şəkildə yazmaq olar. Məsələn:

     a4·(-3)·a2b·9 = (-3·9)·(a4·a2)·b = -27a6b

     -27a6b birhədlisi a4·(-3)·a2b·9 birhədlisinin standart şəkildə yazılışıdır.

    Standart şəkildə yazılmış birhədlinin ədədi vuruğu birhədlinin əmsalı adlanır. Məsələn:

     -27a6b birhədlisi standart şəkildədir və əmsalı -27 - yə bərabərdir. Yəni

       Əmsal = -27
       Hərfi_hissə = a6b

    Birhədlidə birinci vuruq həmişə əmsal olur. Birhədlinin əmsalı "1" olduqda əmsal yazılmır. "-1" olduqda isə qarşısında yalnız "—" işarəsi yazılır. Məsələn:

     1·xy = xy və (-1)·ab = -ab

    Standart şəkildə göstərilmiş birhədlidə iştirak edən dəyişənlərin qüvvətləri cəmi birhədlinin qüvvəti adlanır. Məsələn:

     -18m2b2x3 birhədlisi standart şəkildədir.

       Əmsal = -18
       Hərfi_hissə = m2b2x3
       Dəyişənlər = m,b,x
       Dəyişənlərin_qüvvətləri_cəmi = 2 + 2 + 3 = 7
       Birhədlinin_qüvvəti = 7

    Birhədlidə dəyişən iştirak etmirsə, onun qüvvəti sıfra bərabərdir. Məsələn:

     12 birhədlisinin qüvvəti sıfırdır, əmsalı isə 12 - dir.

    Sıfır ("0") elə birhədlidir ki, onun qüvvəti təyin olunmayıb.

    Bir - birinə bərabər və ya bir - birindən yalnız əmsalları ilə fərqlənən birhədlilər oxşar birhədlilər adlanır. Məsələn:

     4ab və 9ab birhədliləri oxşardır.
     4ab və 4ab birhədliləri həm oxşardır, həm də bərabərdir.

    Yalnız işarələri ilə fərqlənən iki birhədli əks birhədlilər adlanır. Məsələn:

     13a2b və -13a2b birhədliləri əks birhədlilərdir.

    Birhədlilərin hasilini taparkən, nəticəni sadələşdirib, standart şəkildə yazmaq lazımdır.

    Birhədlilərin hasili birhədlidir.

    Misal:
         (3abc)·(2ac) hasilini tapmaq.

    İzahı:
         Bu hasili hesablamaq üçün vurmanın yerdəyişmə və qruplaşdırma xassələrindən istifadə edək:

         (3abc)·(2ac) = (3·2)·(a·a)·(c·c)·b = 6a2c2b

    Birhədlini qüvvətə yüksəltmək üçün onun vuruqlarının hər birini həmin dərəcədən qüvvətə yüksəldib alınan nəticəni standart şəkildə yazmaq lazımdır.

    Birhədlinin qüvvəti də birhədlidir.

    Misal:
         -b5c3 birhədlisini beşinci qüvvətə yüksəltmək.

    İzahı:
         (-b5c3)5 = (-1)5·(b5)5·(c3)5 = -b25c15


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.