Həqiqi ədədlər 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 4 nəfər
  • Sayt:

  • 

    Həqiqi ədədlər

    Tarix: 2 aprel 2015 | 16:18, Baxılıb 2.5min
    Son Yenilənmə Tarixi: 1 oktyabr 2015
    Mövzu: Həqiqi ədədlər [1],
    Müəllif: Elçin Hüseynov

    Üzərində başlanğıc nöqtə, istiqamət və ölçü vahidi qeyd edilmiş düz xətt ədəd oxu adlanır. Ədəd oxu üzərində hər bir ədəd ondan sağdakı ədəddən kiçik, soldakı ədəddən böyükdür. Həqiqi ədədlər ədəd oxu üzərində göstərilə bilən hər bir ədəddir. Yəni bütün ədədlər həqiqi ədədlərdir. Həqiqi ədədlər çoxluğu R hərfi ilə işarə olunur.

    Rasional [Q] və irrasional [Q'] ədədlər çoxluğu həqiqi ədədlər çoxluğunu [R] əmələ gətirir. Yəni


    R = Q Q

    ∪ → birləşmə işarəsidir.

    Deməli, istənilən həqiqi ədədi (rasional və irrasional) sonsuz onluq kəsr (dövrü və ya dövrü olmayan) şəklində göstərmək olar.

    Hesablama başlanğıcından A(a) nöqtəsinə qədər olan məsafəyə a ədədinin modulu və ya a ədədinin mütləq qiyməti deyilir.

    a ədədi müsbətdirsə modulu özünə bərabərdir, a ədədi mənfidirsə, modulu onun əksinə bərabərdir. Yəni


    | a | = { a , a 0 a , a < 0 \left | a \right |=\left\{\begin{matrix} \;\;\,a,\;\;a\geq 0 & & \\ -a,\;\;a< 0 & & \end{matrix}\right.

    Məsələn: |5| = 5

         |-5| = -(-5) = 5

    Ədəd oxu üzərində M(-5) nöqtəsini qeyd edək. Deməli, OM parçasının uzunluğu 5 vahiddir. Onda 5 - ə -5 - in modulu və ya mütləq qiyməti deyilir və |-5| = 5 yazılır və belə oxunur: <<mənfi beşin modulu və ya mütləq qiyməti beşə bərabərdir>>. Buradan aydın olur ki, N(6) nöqtəsi götürsək, ON parçasının uzunluğu 6 vahiddir və deməli, |6| = 6

    Ədədin modulu mənfi olmayan ədəddir. Yəni |a| ≥ 0

    Sıfırın modulu sıfırdır və ya özünə bərabərdir. Yəni |0| = 0


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.