Natural ədədlər 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 6 nəfər
  • Sayt:

  • 

    Natural ədədlər

    Tarix: 2 mart 2015 | 16:18, Baxılıb 3.1min
    Son Yenilənmə Tarixi: 23 dekabr 2016
    Mövzu: Natural ədədlər [1],
    Müəllif: Elçin Hüseynov

    Əşyaları saymaq üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Natural ədədlər çoxluğu N hərfi ilə işarə olunur. Natural ədədlər sonsuzdur və ya natural ədədlər sonsuz çoxluqdur. Ən kiçik natural ədəd '1' - dir. Sıfır ("0") natural ədəd deyil. Bu təbiidir, çünki əşyaları sayarkən sıfırdan başlamırıq. Natural ədədlər müsbət tam ədədlərdir. Qeyd edək ki, müsbət tam ədədlər Z+ ilə işarə olunur.

    N = {1, 2, 3, 4, ... sonsuz}         { } ⇒ Çoxluq işarəsi


    abcd ⇒ dördrəqəmli ədəddir.
    d → təkliklər mərtəbəsi;
    c → onluqlar mərtəbəsi;
    b → yüzlüklər mərtəbəsi;
    a → minliklər mərtəbəsi;

    Natural ədədin yazılışında rəqəmin (və ya ədədin) tutduğu yer mərtəbə adlanır. Mərtəbələr sağdan - sola doğru belə adlanır: təkliklər, onluqlar, yüzlüklər, minliklər və s. Əgər ədədin yazılışında hər hansı mərtəbə iştirak etmirsə, onda onun yerinə sıfır rəqəmi yazılır və oxunmur. Məsələn:

    3 2 1 0
    6508 ədədində "8" təklik, "0" onluq, "5" yüzlük, "6" minlik var. Bu ədədin yazılışında onluqlar mərtəbəsi iştirak etmir.

    Aşağıdakı yazılışlar 6508 ədədinin mərtəbə toplananlarının cəmi şəklində göstərilməsi adlanır. Sağdakı ilk mərtəbə sıfır ("0") olmaqla sola doğru mərtəbələr 0, 1, 2, 3, ... olaraq təyin olunur.

       3 2 1 0
       6508 = 6000 + 500 + 8


    və ya


       3 2 1 0
       6508 = 6·1000 + 5·100 + 0·10 + 8·1


    və ya


       3 2 1 0
       6508 = 6·103 + 5·102 + 0·101 + 8·100


    Burada 1, 10, 100, 1000, ... vuruqları mərtəbə vahidləri adlanır. Sağdan - sola hər sonrakı mərtəbə vahidi əvvəlkindən 10 dəfə böyükdür.


    Təkliklər mərtəbəsinin vahidi --------------------------- 1
    Onluqlar mərtəbəsinin vahidi ---------------------------- 10
    Yüzlüklər mərtəbəsinin vahidi --------------------------- 100
    Minliklər mərtəbəsinin vahidi --------------------------- 1000
    On minliklər mərtəbəsinin vahidi ----------------------- 10000 və s.

    Ədədin tərkibindəki hər bir rəqəm yerləşdiyi mərtəbənin vahidlərinin sayını göstərir. 6508 ədədinin tərkibindəki 6, 5, 0 və 8 rəqəmləri mərtəbə vahidlərinin sayı adlanır.


    Təkliklər mərtəbəsinin vahidlərinin sayı --------------------------- 8
    Onluqlar mərtəbəsinin vahidlərinin sayı ---------------------------- 0
    Yüzlüklər mərtəbəsinin vahidlərinin sayı --------------------------- 5
    Minliklər mərtəbəsinin vahidlərinin sayı --------------------------- 6

    Ədədin tərkibindəki hər bir rəqəm mərtəbəsindən asılı olaraq müəyyən qiymətə malikdir. Və ya ədədin yazılışındakı hər bir rəqəmin mərtəbəsinə görə qiyməti var. Bu, rəqəmin mərtəbə qiyməti adlanır. Məsələn:

    43 ədədinin onluqlar mərtəbəsindəki rəqəm 4 - dür və qiyməti 40 - dır, 3 rəqəmi isə təkliklər mərtəbəsindədir və qiyməti 3 - dür.


    Onluq Təklik
    4 3
    40 + 3
    43
    qırx üç

    Rəqəmin mərtəbə qiymətini tapmaq üçün rəqəmi, rəqəmin yerləşdiyi mərtəbənin mərtəbə vahidinə vurmaq lazımdır, alınan hasil rəqəmin mərtəbə qiyməti olacaqdır. Məsələn:

    1453 ədədində yüzlüklər mərtəbəsində olan 4 rəqəminin mərtəbə qiymətini tapmaq üçün bu rəqəmi, rəqəmin yerləşdiyi yüzlüklər mərtəbəsinin mərtəbə vahidinə, yəni 100 - ə vurmaq lazımdır: 4 · 100 = 400.

    Çoxrəqəqmli natural ədədi oxumaq üçün onu sağdan başlayaraq, hər birində üç rəqəm olmaqla, qruplara bölmək lazımdır. Bu qruplar siniflər adlanır. Hər bir sinif üç mərtəbədən ibarətdir. Yəni çoxrəqəmli ədədlərdə sağdan - sola hər üç mərtəbə bir sinif əmələ gətirir.


    Siniflər Mərtəbələr
    Təkliklər sinfi Təklik(lər), Onluq(lar), Yüzlük(lər)
    Minliklər sinfi Minlik(lər), On minlik(lər), Yüz minlik(lər)
    Milyonluqlar sinfi Milyonluq(lar), On milyonluq(lar), Yüz milyonluq(lar)
    Milyardlıqlar sinfi Milyardlıq(lar), On milyardlıq(lar), Yüz milyardlıq(lar)


    SİNİFLƏR MİLYONLUQLAR MİNLİKLƏR TƏKLİKLƏR
    M
    Ə
    R
    T
    Ə
    B
    Ə
    L
    Ə
    R
    Y
    ü
    z

    M
    i
    l
    y
    o
    n
    l
    u
    q
    O
    n

    M
    i
    l
    y
    o
    n
    l
    u
    q
    M
    i
    l
    y
    o
    n
    l
    u
    q
    Y
    ü
    z

    M
    i
    n
    l
    i
    k
    O
    n

    M
    i
    n
    l
    i
    k
    M
    i
    n
    l
    i
    k
    Y
    ü
    z
    l
    ü
    k
    O
    n
    l
    u
    q
    T
    ə
    k
    l
    i
    k
    MƏRTƏBƏ VAHİDLƏRİ
    108 107 106 105 104 103 102 101 100
    MƏRTƏBƏ VAHİDLƏRİNİN SAYI 4 6 0 4 2 3 1 9 5
    RƏQƏMİN MƏRTƏBƏ QİYMƏTİ 4·108 6·107 0·106 4·105 2·104 3·103 1·102 9·101 5·100
    ƏDƏDİN OXUNUŞU 460 milyon 423 min 195
    Ədəd 4 6 0 4 2 3 1 9 5

    Natural ədəd soldan - sağa oxunur: Əvvəlcə verilmiş sinifdə yazılan ədəd oxunur və sonra sinfin adı əlavə olunur.

    Milyardlıq+ Milyonluq+ Minlik+   Təklik+
    827 460 423 195 827 milyard 460 milyon 423 min 195



    Minliklər Təkliklər
    __6 508 6 min 5 yüz 8 Onluqlar mərtəbəsi iştirak etmir. Ona görə də yerinə "0" yazılır və oxunmur.



    Milyonluq+ Minlik+ Təklik+
    ___ _18 018 On səkkiz min on səkkiz


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.