Funksiya haqqında 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 3 nəfər
  • Sayt:

  • 

    Funksiya haqqında

    Tarix: 28 noyabr 2015 | 15:21, Baxılıb 889
    Son Yenilənmə Tarixi: 28 noyabr 2015
    Mövzu: Funksiya haqqında,
    Müəllif: Elçin Hüseynov

    Dəyişən kəmiyyət və funksiya ümumi anlayışları formalaşmamışdan hələ çox - çox əvvəllər faktiki olaraq riyaziyyatda işlənirdi. Bu anlayışların inkişafında fransız riyaziyyatçıları P. Ferma (1601 - 1650) və R. Dekartın (1596 - 1650) yaratdıqları koordinatlar metodunun böyük rolu olmuşdur. Koordinatlar metodu funksiyaların qrafiki tədqiqi və tənliklərin qrafiki həlli üçün geniş tətbiq edilməyə başlandı. Bu vaxtdan nəinki riyaziyyatın, elə həm də bütün təbiətşünaslığın güclü inkişafında əlamətdar olan yeni mərhələ başlandı.

    "Funksiya" terminini elmə alman riyaziyyatçısı Q. Leybnis (1646 - 1716) daxil etmişdir. Onun verdiyi funksiya anlayışı qrafiklə əlaqələndirilirdi.

    Funksiyanın analitik ifadəsi, yəni bu və ya başqa analitik əməliyyatların köməyi ilə dəyişənlərdən və ədədlərdən yaranan ifadələr kimi başa düşülməsi L. Eylerin (1707 - 1783) və İ. Bernullinin (1667 - 1748) adları ilə bağlıdır. Bu dövrdə funksiyaların mühüm sinifləri tədqiq edilmişdi, bunlar riyaziyyatın əsas aparıcı sahələrinin birində - riyazi analizdə nəzərdən keçirilir.

    L. Eyler funksiya anlayışına daha ümumi şəkildə - bir dəyişən kəmiyyətin başqa dəyişən kəmiyyətdən asılılığı kimi yanaşırdı. Bu fikir rus riyaziyyatçısı N. İ Lobaçevskinin (1792 - 1856), alman riyaziyyatçısı P. Dirixlenin (1805 - 1859) və başqa alimlərin əsərlərində daha da inkişaf etdirilirdi. Nəticədə funksiyanı ədədi çoxluqlar arasında uyğunluq kimi öyrənməyə başladılar: x - in hər bir qiymətinə y - in müəyyən qiyməti uyğundursa, y dəyişəni x dəyişəninin funksiyasıdır. (a ≤ x ≤ b parçasında) ,belə ki, həmin uyğunluğun necə - düsturla, qrafik şəklində, cədvəllə, yaxud sadəcə olaraq sözlərlə müəyyən edilməsinin fərqi yoxdur.

    Belə orijinal funksiyalardan biri - Dirixle funksiyası adlanan funksiya belədir:


    f ( x ) = { 1 , x   rasional ədəd olduqda; 0 , x irrasional ədəd olduqda.

    Qeyd edək ki, bu funksiyanın qrafiki hər bir nöqtədə "kəsiləndir". Qrafik, absisləri irrasional ədəd olan bütün nöqtələri çıxarılmış y = 1 düz xəttindən və absisləri rasional ədəd olan bütün nöqtələri çıxarılmış y = 0 düz xəttindən ibarətdir.

    Funksiya anlayışının sonrakı inkişafı, elementləri yalnız ədədlər deyil, həm də ixtiyarı təbiətli obyektlər olan çoxluqlar arasındakı uyğunluqların öyrənilməsi ilə əlaqədardır.


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.