Miletli Fales - qədim yunan alimi (b.e.ə VI əsr) 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 7 nəfər
  • Sayt:

  • 

    Miletli Fales - qədim yunan alimi (b.e.ə VI əsr)

    Tarix: 2 fevral 2016 | 16:11, Baxılıb 555
    Son Yenilənmə Tarixi: 2 fevral 2016
    Mövzu: Miletli Fales - qədim yunan alimi (b.e.ə VI əsr),
    Müəllif: Elçin Hüseynov

    Miletli Falesə dost - tanış, qohum - əqrəba tez-tez irad tuturmuş ki, kasıbdır, fəlsəfə ilə məşğul olmaqdansa getsin özünə iş tapsın, pul qazansın. Fales bu söhbətlərə birdəfəlik son qoymaq qərarına gəlir.

    Astronomik bilgilərə əsasən Fales öncədən öyrənir ki, həmin il zeytun bol məhsul verəcək. Zeytun yetişməmiş Miletin bütün zeytun yağı emalatxanalarını gizlicə icarəyə götürür. Zeytun yetişəndə şəhərdə məlum olur ki, bütün emalatxanaları Fales icarəyə götürüb. Camaat məcbur olur, yüksək haqq müqabilində həmin emalatxanaları Falesdən təkrar icarəyə götürür. Nəticədə Fales şəhərin ən varlı adamlarından birinə çevrilir.

    Bundan sonra Fales dost - tanış, qohum - əqrəbanı çağırır və deyir: "Görürsünüz? Filosoflar istəsə, çox asanlıqla varlana bilər, amma bu, onların məqsədi deyil."

    Miletli Fales (b.e.ə. VI əsr) Qədim Yunanıstanda ilk filosof və riyaziyyat, fizika, astronomiya üzrə alimdir. Milet məktəbinin banisidir. Yunan fəlsəfəsinin banisi olan Fales məşhur "Yunanıstanın yeddi müdriyi" siyahısında ilk yeri tutan mütəffəkkirdir.

    Fales hər şeyin mayedən təşkil olduğuna inanır və ilkin maddənin su olduğunu bildirirdi.

    Miletli Fales ilə Sokrat (b.e.ə. 469 - 399) arasında az qala iki əsr keçsə də, fəlsəfədə onlar arasında təlimləri ilə bir - birindən bəzən seçilməyən ən çoxu 10 - 15 mütəfəkkir mövcuddur. Onların heç biri fəlsəfədə və tarixdə Sokrat qədər məşhur sima, həm də Sokrat qədər xalis filosof olmasalar da, bəşəriyyətin intellektual - mənəvi həyatının zirvə sahəsi olan fəlsəfəni yaradanlardır və bəzilərinin misilsiz uğurları indi də hər kəsi heyrətləndirə bilər.

    İlk yunan filosofu Fales həm də alim idi. Həndəsədə adına çıxılan bir çox teoremləri və ölçmələri, o, misirlilərdən və babilistanlılardan əxz etmişdi. Lakin özünün də bir çox tapıntıları vardı: məsələn, sahildən dənizdə üzən gəmiyə qədərki məsafəni oradakı iki müxtəlif məntəqədən müşahi­də aparmaqla ölçmək.

    Falesin əslən haralı olması bir qədər mübahisə doğurur. Belə ki, onun yunan olmadığını və Finikiyada doğulması ilə bağlı iddialar mövcuddur.

    Deyilənlərə görə tacir olan Fales səyahətlər edirmiş. O, bir müddət Misirdə yaşamış, kahinlərdən bir çox təbiət sirlərini öyrənmişdir. Məhz o, "həndəsə" elmini Misirdən Yunanıstana gətirib yunanları onunla tanış etmişdir.

    Anaksimandr və Anaksimen onun tələbələri olublar. Onlar Falesin yaratdığı milet (ion) məktəbinin ən görkəmli nümayəndələri idilər.

    Fales fəlsəfə üçün çox böyük əhəmiyyəti olan bir ideya irəli sürdü. O, hər şeyin sudan yarandığını dedi. Bu fikir indi çoxlarına gülməli də görünə bilər. Lakin Fales bu fikirlə ilkin substansiya anlamını və ideyasını yaratdı. Bununla bütün hər şeyi əhatə edən vahid baxışla dünyanın izah edilməsinə maraq oyatdı. "Bütün şeylər Allahla doludur" – deməklə Falesin dünyanın konseptual izahına cəhdləri dönülməz bir prosesə çevirdiyini iddia etsək, səhv etmərik.

    Falesin əsərləri dövrümüzə gəlib çatmasa da, iki əsərin ona məxsus olduğu ehtimal edilir: "Gün dönümü haqqında" və "Gecə - gündüzün bərabərliyi haqqında". Falesin hekzametrlə yazdığı 200 - ə yaxın şeirinin olduğu da ehtimal edilir.

    Qәdim Yunanıstanın yeddi müdrikinin sonuncu nümayәndәsi Falesdir. Fales qәdim Yunanıstanın ilk filosofu sayılır. Faleslə başlanan yunan fәlsәfәsi - Еgey fәlsәfәsi, İoniya fәlsәfәsi vә İtalik fәlsәfәsi kimi mәktәblәrә bölünür. Еgey fәlsәfәsi Homer vә Hesiodun mifoloji dünyagörüşlәrindәn, orfiklәrdәn vә nәhayәt, yunan fәlsәfәsi ilә sıх bağlı olan Babil vә Мisir fәlsәfәsindәn bәhs edir. İoniya mәktәbinә Fales, Аnaksimandr, Аnaksimen, Аnaksaqor, Heraklit vә başqaları daхildir. İtalik fәlsәfi mәktәbindә isә Pifaqor, Filolay, Parmenid, Zenon vә başqaları var. Qәdim yunan әfsanәlәrinin birindә deyilir ki, bir dәfә Allah Hefest qızıldan üçayaq hazırlayır. Аncaq onu oğurlayıb Koss dәnizinә atırlar. Мilet balıqçıları onu dәnizdәn çıхaranda kosslularla aralarında mübahisә düşür. Mübahisəni hәll etmәk üçün Delf kahininә müraciәt edәrkәn kahin onlara deyir: - Gәrәk üçayaq әn müdrik adamın evindә olsun. Yeddi müdrikin hәr birinә tәqdim edәndә o başqasına göndәrir. Belәliklә, qızıl üçayaq ikinci dәfә Falesә qayıdır.

    Platon vә Аristoteldәn bәri bütün mütəfəkkirlər onu ilk filosof hesab edirlәr. Fales Мilet şәhәrindә әsil - nәsibli ailәdә doğulub. Cavanlığında Мisirә, Babilә sәyahәti nәticәsindә riyaziyyatı, hәndәsәni, astronomiyanı öyrәnmiş, onları vәtәnindә tәtbiq etmişdir. Ticarәtlә mәşğul olub çoхlu sәrvәt qazanmış vә azad, sәrbәst ömür sürmüşdür. 78 yaşında idman yarışlarına tamaşa edәrkәn ölmüşdür. Rәvayәtә görә, b. e. ә. 585 - ci ildә günәşin tutulmasını qabaqcadan ilk dәfә o хәbәr vermişdir. Dövlәt mәsәlәlәrindә uzaqgörənliyi sayәsindә İoniya şәhərlәrini bir çoх fәlakәtlәrdәn хilas etmişdir. Rәvayәtә görә, Мisir ehramlarının hündürlüyünü ilk dәfә Fales ölçmüşdür. O bunu insanın kölgәsinin boyu ilә eyni uzunluqda olanda ölçüb öyrәnmişdir. O, suyun canlı alәmin әsasında durduğunu demәklә kosmoqonik ideyanın yaradıcısı olmuş vә buna görә dә ellin fәlsәfәsinin banisi sayılır.

    Fales deyәndә ki, hәyatla ölümün heç bir fәrqi yoхdur, eşidәnlәrdәn biri soruşur:

    1. - Bәs onda niyә ölmürsәn?
    2. - Çünki fәrqi yoхdur.

    Təbiət haqqında ilk olaraq Fales müzakirələr aparmağa başladı. Fales ilk olarak anladı ki, Günəşin tutulması Ayın onu örtməsi nəticəsində baş verir. İlk olaraq sübuta yetirdi ki, diametr dairəni ortadan bölür. İlk olaraq o, sübuta yetirib ki, bərabər tərəfli üçbucağın bucaqları əsasında bərabərdirlər. İlk olaraq o, astranomiya ilə məşğul olub və günəş tutulmalarını, eləcə də günəş dönmələrini öncədən xəbər verə bilirdi (28 may 585 il b.e.ə günəş tutulmasını xəbər verə bilmişdi). Misir ehkamlarını kölgələrinə əsasən ölçmüşdü.

    Siseron təsdiq edir: "Fəlsəfə Faleslə başlayıb, o, birincidir".

    Fales tədqiq yolu ilə Günəşin və Ayın görünən künc ölçülərini ,müəyyən edərək təyin etmişdi ki, bu səma cisimlərinin həcmi onların dövr etdiyi yolun 1/720 - ni təşkil edir.

    Qədim yunan filosofu ilk olaraq insan fikrinin kamertonunu ilahi qüvvənin tezliyində göstərir: "Biz inanırıq ki, ən müqqədəs əməllərimizdə ilahi qüvvənin iradəsi vardır."

    Milet məktəbi Fales, Anaksimandr, Heraklit, Anaksaqor Kainatın hansı maddədən yarandığını araşdırdılar. Fales su, Heraklit atəş dedi. Elmi inkişafına da yol açan bir maraq anlayışı inkişaf etdirdilər. Həqiqətlər yığıb fərziyyə çıxarmaq və bunları sınamaq bu filosofların fikirlərindən törəmişdir.

    Falesə aid fikirlər:

    1. Hər şeydən qabaq Tanrıdır ,çünki o ,yaradılmayib.
    2. Hər şeyin əzəli sudur.
    3. Torpaq su üzərində üzür.
    4. Yer o üzdən hərəkət etmir ki ,ağac və ya başqa bir əşya kimi üzür.
    5. Okean hər şeyin ulu babasıdır.
    6. Tanrı - o kəsdi ki, nə əvvəli var, nə sonu. Tanrı – kosmos ağlıdır, kainat isə canlıdır və ilahilərlə doludur.
    7. Hətta cansız əşyaların da ruhu var və buna təsdiq kimi maqnitə və kəhrabaya baxmaq kifayətdir.
    8. Hər şeydən gözəl kosmosdur, çünki onu Tanrı yaratmış.
    9. Hər şeydən gözəl nədir – dünya, çünkü onu Tanrı yaradıb.
    10. Hər şeydən çevik nədir? – Hər şeydən çevik ağıldır, çünkü o hər şeyi qabaqlayır.
    11. Hər şeydən müdrik nədir? – Zaman, çünkü o hər şeyin üstünü açır.
    12. Hər kəs üçün ümumi olan nədir? – Ümüd, çünkü heç nə olmayanda bircə, o, var.
    13. Hər kəsdən güclü nədir? – Zərurət, çünkü, o, hər kəsə hakim kəsilib.
    14. Nə çətindir? - Özünü tanımaq.
    15. Nə asandır? - Başqalarına məsləhət vermək.
    16. Kim xoşbəxtdir? - Bədəncə sağlam olan, ruhən sakit olan və öz bacarıqlarını inkişaf etdirən.
    17. Bədbəxtliyi səbrlə necə keçirmək olar? - Öz düşməmənlərini səndən də pis vəziyyətdə görərkən.
    18. Cahillik – ağır yükdür.
    19. Yaxşını öyrən və öyrət.
    20. Günah edən Tanrı gözündən gizlənə bilməz, fikirlərini heç saxlaya biməz.
    21. Pislər hər yerdə çoxluq təşkil edir.

    Mənbə: https://www.wikipedia.org/


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.