Həndəsənin yaranma tarixindən 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 6 nəfər
  • Sayt:

  • 

    Həndəsənin yaranma tarixindən

    Tarix: 25 yanvar 2016 | 21:16, Baxılıb 502
    Son Yenilənmə Tarixi: 25 yanvar 2016
    Mövzu: Həndəsənin yaranma tarixindən,
    Müəllif: Elçin Hüseynov

    İnsanlar həndəsi fiqurların xassələri haqqında ilk məlumatları, əhatə olunduqları aləmi müşahidə etməklə və praktiki fəaliyyət nəticəsində əldə etmişlər. Vaxt ötdükcə alimlər gördülər ki, həndəsi fiqurların bəzi xassələrini başqa xassələrdən mühakimə yolu ilə almaq olur. Teorem və isbatlar belə yarandı.

    Təbii olaraq, həndəsi fiqurların bilavasitə təcrübədən alınan xassələrinin sayını mümkün qədər azaltmaq meyli meydana gəlir. Xassəni isbat etmədən qəbul edilmiş hökmlər aksiomlardır. Beləliklə, aksiomlar təcrübi mənşəlidir.

    İlk dövrdə həndəsənin inkişafı Misirdə ən yüksək səviyyəyə çatmışdı. Bizim eraya qədərki birinci minillikdə həndəsi məlumatlar misirlilərdən yunanlara keçmişdi. Bizim eradan əvvəl, VII yüzillikdən III yüzilliyə qədərki dövrdə, yunan həndəsəçiləri həndəsəni nəinki çoxlu sayda teoremlərlə zənginləşdirdilər, həm də onları ciddi əsaslandırmaq üçün mühüm addım atdılar. Yunan həndəsəçilərinin yüzillər müddətində apardıqları işlər Evklid (b.e.ə. 330 - 275 - ci illər) tərəfindən məşhur "Əsaslar" əsərində yekunlaşdırıldı.

    Evklidin "Əsaslar" əsərində həndəsənin şərhi aksiomlar sistemi əsasında qurulmuşdur. Bu aksiomlar sistemi sizin dərslikdəki aksiomlar sistemindən fərqlidir. Lakin onda da paralellər aksiomu vardır.

    Başqa aksiomlardan fərqli olaraq, paralellər aksiomu əyani təsəvvürlə əsaslandırılır. Ola bilər buna görə də, Evklidin vaxtından bəri bir çox ölkələrin riyaziyyatçıları onu teorem kimi isbat etməyə səy etmişlər. Lakin bu heç kimə qismət olmamışdır. Nəhayət, XIX yüzillikdə bunun mümkün olmadığı isbat edildi. Bu hökmü ilk dəfə əsaslı söyləyən böyük rus riyaziyyatçısı Nikolay İvanoviç Lobaçevski oldu.


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.