Teoremlər və İsbatlar. Aksiomlar. Tərif 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 7 nəfər
  • Sayt:

  • 

    Teoremlər və İsbatlar. Aksiomlar. Tərif

    Tarix: 25 yanvar 2016 | 10:20, Baxılıb 549
    Son Yenilənmə Tarixi: 25 yanvar 2016
    Mövzu: Teoremlər və İsbatlar. Aksiomlar. Tərif,
    Müəllif: Elçin Hüseynov

    Həndəsi fiqurun bu və ya başqa xassəsi haqqında hökmün doğruluğu mühakimə yolu ilə müəyyən olunur. Bu mühakimə isbat adlanır. İsbat olunan hökm teorem adlanır.

    Teoremin ifadəsi adətən iki hissədən ibarət olur. Birinci hissədə nə verildiyi göstərilir. Bu hissə teoremin şərti adlanır. İkinci hissədə nə isbat ediləcəyi göstərilir. Bu hissə teoremin nəticəsi adlanır.

    Ən sadə fiqurların əsas xassələrini göstərən ifadələrdəki hökmlər isbat edilmir, onlara aksiomlar deyilir. Yəni xassəni isbat etmədən qəbul edilmiş hökmlər aksiomlardır. Aksiom sözü aksios yunan sözündən götürülüb, şübhə yaratmayan hökm deməkdir.

    Teoremlərin isbatında ən sadə fiqurların əsas xassələrindən, yəni aksiomlardan, həmçinin isbat edilmiş xassələrdən, isbat edilmiş teoremlərdən istifadə etmək olar. Fiqurların hətta bizə aşkar görünən xassələrindən istifadə etmək olmaz.

    Teoremləri isbat etdikdə sözlərlə ifadə etdiklərimizin həndəsi yazılışı kimi çertyojdan istifadə etmək olar.

    Aksiomlara və əvvəl isbat edilmiş teoremlərə əsaslanaraq fiqurun çertyojda görünən xassələrini əsaslandıra bilmiriksə, mühakimədə onlardan istifadə etməyə icazə verilmir.

    Həndəsədə aksiom və teorem sözlərindən başqa "tərif" sözündən də istifadə olunur. Nəyinsə tərifini vermək - onun nə olduğunu izah etmək deməkdir.

    Məsələn, deyirlər: "Üçbucağın tərifini deyin". Buna belə cavab verirlər: "Bir düz xətt üzərində olmayan üç nöqtədən və bu nöqtələri cüt - cüt birləşdirən üç parçadan ibarət olan fiqura üçbucaq deyilir".

    Başqa misal: "Paralel düz xətlərin tərifini deyin". Cavab veririk: "Kəsişməyən düz xətlərə paralel düz xətlər deyilir".


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.