Həndəsə haqqında 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 7 nəfər
  • Sayt:

  • 

    Həndəsə haqqında

    Tarix: 22 yanvar 2016 | 17:29, Baxılıb 1400
    Son Yenilənmə Tarixi: 22 yanvar 2016
    Mövzu: Həndəsə haqqında,
    Müəllif: Elçin Hüseynov

    Həndəsə - həndəsi fiqurların xassələri haqqında elmdir. "Geometriya" yunan sözüdür. Azərbaycan dilində tərcüməsi "yerölçmə" deməkdir. Belə ad həndəsənin yer üzərində ölçmə işlərinə tətbiqi ilə əlaqədardır.

    Həndəsi fiqurlara aid nümunələr: üçbucaq, kvadrat, çevrə.



    Həndəsi fiqurlar olduqca müxtəlifdir. İxtiyarı həndəsi fiqurun hissəsi də həndəsi fiqurdur. Bir neçə həndəsi fiqurun birləşməsi də həndəsi fiqurdur. Aşağıdakı şəkildə soldakı fiqur üçbucaqdan və üç kvadratdan, sağdakı fiqur isə çevrə və çevrə hissələrindən ibarətdir.



    Biz ixtiyarı həndəsi fiqurun nöqtələrdən təşkil olunduğunu təsəvvür edirik.

    Məktəbdə öyrənilən həndəsə, riyaziyyatdan "Başlanğıc" adlı əsər yazmış Evklidin adı ilə Evklid həndəsəsi adlanır. Həndəsəni uzun müddət bu kitabdan öyrənmişlər.

    Planimetriya - həndəsənin müstəvi üzərindəki fiqurları öyrənən bölməsidir.

    Stereometriya - fəzada fiqurları öyrənən həndəsə bölməsidir.


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.