Qüvvətlər haqqında 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 3 nəfər
  • Sayt:

  • 

    Qüvvətlər haqqında

    Tarix: 5 dekabr 2015 | 12:03, Baxılıb 600
    Son Yenilənmə Tarixi: 5 dekabr 2015
    Mövzu: Qüvvətlər haqqında,
    Müəllif: Elçin Hüseynov

    Natural üstlü qüvvət anlayışı hələ qədim xalqlarda formalaşmışdı. Ədədin kvadratı və kubu sahələrin və həcmlərin hesablanmasında istifadə edilirdi. Bəzi ədədlərin qüvvətindən Qədim Misirin və Babilistanın alimləri ayrı - ayrı məsələlərin həllində istifadə edirdilər.

    III əsrdə yunan alimi Diofantın "Arifmetika" kitabı çıxdı, bu kitabda hərfi simvolikanın daxil edilməsinin başlanğıcı qoyuldu. Diofant məchulun ilk altı dərəcəsi və onlara tərs kəmiyyətlər üçün simvollar vermişdi. Həmin kitabda kvadrat r indeksli Δ ilə işarə edilir (Δr); kub - r indeksli k ilə işarə edilir (kr); kvadratın özünə hasili - kvadrato - kvadrat ΔrΔ ilə işarə edilir; kvadrat vur kub - kvadrato - kub Δkr ilə işarə edilir; kub vur kub - kubo - kub - krk ilə işarə edilir.

    XVI əsrin sonunda Fransua Viyet hərfləri, yalnız məchulları yox, həm də əmsalları işarə etmək üçün daxil etdi. O, qısaltmalar tətbiq edirdi: N (Numerys - ədəd) - birinci qüvvət üçün, Q (Quadratus - kvadrat) - ikinci qüvvət üçün, C (Cubus - kub) - üçüncü qüvvət üçün, QQ - dördüncü qüvvət üçün.

    Qüvvətlərin müasir yazılışını (a3, a4, a5 və i.a) Dekart vermişdir. O, həm də a - nın iki dərəcədən qüvvətini, yəni a2 - nı a · a hasili kimi yazmışdı.

    Qüvvət anlayışı natural olmayan üstlü qüvvət üçün ümumiləşdirilməsi ideyasına riyaziyyatçılar tədriclə gəldilər. Qüvvətlərin mənfi və kəsr üstləri XIV - XV əsrlər Avropa riyaziyyatçılarının ayrı - ayrı əsərlərində meydana gəlmişdi (N. Orem, N. Şuke). Sıfır, mənfi və kəsr üstlü qüvvətlərin müasir tərifləri və işarələri öz başlanğıcını ingilis riyaziyyatçıları D. Vallisin (1616 - 1703) və İ. Nyutonun (1643 - 1727) əsərlərindən götürür.


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.