Kəsrlər haqqında 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 3 nəfər
  • Sayt:

  • 

    Kəsrlər haqqında

    Tarix: 4 dekabr 2015 | 19:22, Baxılıb 388
    Son Yenilənmə Tarixi: 4 dekabr 2015
    Mövzu: Kəsrlər haqqında,
    Müəllif: Elçin Hüseynov

    Sadə kəsrlərdən hələ qədim dövrlərdən (2 min il b. e. ə) istifadə edirdilər. Qədim babililər 1 2 , 1 3 , 2 3 kəsrləri üçün xüsusi işarələrdən istifadə etmişlər. Qədim Misirdə surəti vahid olan kəsrlərdən, yəni 1 n şəkilli kəsrlərdən istifadə edirdilər, burada n - natural ədəddir. Ölçmə nəticəsində 7 8 kəsri alınırdısa, onda onu surəti vahid olan kəsrlərin əmi şəklində yazırdılar: 1 2 + 1 4 + 1 8 . Kəsrlərin bu üsulla göstərilməsi praktik cəhətdən əlverişli idi. Məsələn, «7 çörəyi 8 nəfər arasında bərabər bölün» məsələsini həll edərkən bu üsul bizə göstərir ki, 8 yarım, 8 dörddəbir, 8 səkkizdəbir lazımdır, yəni 4 çörəyin hər birini yarıya, 2 çörəyin hər birini dörd yerə, bir çörəyi səkkiz yerə bölmək, alınan payları adamlar arasında bölmək lazımdır.

    Vahidin hissəsi olan kəsrlərlə eyni vaxtda sistematik kəsrlər, yəni surəti istənilən ədəd, məxrəci isə müəyyən ədədin qüvvəti olan ədədlər (məsələn, onun, on ikinin, altmışın qüvvəti olan kəsrlər) meydana gəlmişdir. Altmışlıq kəsrlərdən XVII əsrədək istifadə edilmişdir. İndiyə kimi vaxt vahidləri altmışlıq sistemdə ifadə olunur. 1 dəqiqə = 1 60 saat, 1 saniyə = 1 60 2 saat. Onluq kəsrlər də sistematik kəsrlərdir.

    Surəti və məxrəci istənilən natural ədədlər olan ümumi şəkilli kəsrlərə qədim yunan alimi Arximedin (b. e. ə. 287 - 212) bəzi əsərlərində rast gəlinir. Qədim yunanlar adi kəsrlər üzərində əməlləri yerinə yetirməyi praktik olaraq bacarırdılar. Lakin kəsrin kəsr xəttilə müasir yazılışı olmamışdır. Kəsrin belə yazılışını 1202 - ci ildə italyan riyaziyyatçısı L. Fibonaççi (1180 - 1240) özünün «Abak kitabı» əsərində vermişdir. Bu əsərə qədər kəsrləri sözlə ifadə edirdilər., xüsusi yazılış verirdilər, bu yazılışda kəsrin surətini göstərən ədədin sağında ştrix qoyulurdu və başqa yazılış üsullarından istifadə edilirdi. Uzun müddət kəsrləri ədəd adlandırmayıblar. Bəzən onlara «sınıq ədəd» deyirdilər. Yalnız XVIII əsrdə kəsri ədəd kimi dərk etmişlər. Buna ingilis alimi İ. Nyutonun (1643 - 1727) 1707 - ci ildə çapdan çıxmış «Ümumi hesab» kitabı kömək etmişdir. Burada kəsrlər nəinki eynihüquqlu ədədlər kimi qəbul edilir, həm də kəsr anlayışı bir ifadənin digərinə bölünməsindən alınan qısmət kimi genişləndirilir. Bu kitabda deyilir: «İki kəmiyyətdən birinin digərinin altında, bunların arasında xətt çəkilməklə, yazılışı yuxarıdakı kəmiyyətin aşağıdakına bölünməsindən alınan qisməti, yaxud kəmiyyəti göstərir. Məsələn, 6 2 , 6 - nın 2 - yə bölünməsindən, ... 5 8 , 5 - in 8 - ə bölünməsindən, ... a b , a - nın b - yə bölünməsindən, a b b b a + x , (ab - bb) - nın (a + x) - ə bölünməsindən alınan kəmiyyəti göstərir və s. Bu cür kəmiyyətlər kəsr adlanır».


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.