Sıfır ədədi haqqında 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 3 nəfər
  • Sayt:

  • 

    Sıfır ədədi haqqında

    Tarix: 3 dekabr 2015 | 19:20, Baxılıb 224
    Son Yenilənmə Tarixi: 3 dekabr 2015
    Mövzu: Sıfır ədədi haqqında,
    Müəllif: Elçin Hüseynov

    Sıfır sonsuzluğun məlum olan yalnız bir növüdür. Sıfır yoxluqdur. Yoxluq isə bütün varı özündə cəmləyir. Hüseynov Elçin

    • Sıfır — ədəd düz xəttini müsbət və mənfi ədədlərə ayıran tam ədəddir.
    • Sıfrın işarəsi yoxdur. Yəni sıfır nə müsbət, nə də mənfi tam ədəddir.
    • Sıfır mənfi olmayan ədəddir.
    • Sıfır müsbət olmayan ədəddir.
    • Sıfır cüt ədəddir.
    • Ədədin bütün tam bölənlərinin cəmi sıfırdır.
    • Bütün ədədlərin cəbri cəmi sıfırdır.
    • Sıfır faktorial birə bərabərdir. Yəni 0! = 1
    • İstənilən həqiqi ədədin qüvvəti sıfra bərabərdir.
    • Sıfır elə birhədlidir ki, onun qüvvəti təyin olunmayıb.
    • Birhədlidə dəyişən iştirak etmirsə, onun qüvvəti sıfra bərabərdir.
    • Sıfırdan fərqli istənilən ədəd qüvvəti sıfır olan çoxhədlidir.
    • 00 ifadəsinin mənası yoxdur.
    • 0n ifadəsinin n - nin tam mənfi qiymətlərində (n = 0 qiymətində olduğu kimi) mənası yoxdur (çünki sıfra bölmə yoxdur). Xatırladaq ki, natural n - lər üçün bu ifadənin mənası var və onun qiyməti sıfra bərabərdir.
    • Sıfra bölmək olmaz. Yəni a : b = c ⇒ c · b = a ⇒ Əgər a ≠ 0, lakin b = 0 isə c · b = 0 olduğundan a = c · b ola bilməz. Buradan alınır ki, sıfra bölmək olmaz ⇒ a : 0 ∅
    • Sıfrın tərsi yoxdur.
    • Sıfrın əksi sıfırdır.
    • İstənilən ədədin sıfra hasili sıfra bərabərdir. Yəni a · 0 = 0
    • Bütün ədədlərin hasili sıfra bərabərdir . Yəni a · 0 = 0
    • Vuruqlardan biri sıfırdırsa, hasil sıfra bərabərdir.
    • İstənilən ədədin üzərinə sıfır əlavə etdikdə cəm dəyişmir.Yəni a + 0 = a
    • Sıfır istənilən ədədə bölünür və qismət sıfra bərabər olur.
    • Sıfır "10" rəqəmdən biridir. [0,1,2,3,4,5,6,7,8,9]
    • Sıfır natural ədəd deyildir.
    • Sıfrın modulu sıfırdır və ya özünə bərabərdir. Yəni |0| = 0

    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.