Kvadrat köklər haqqında 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 3 nəfər
  • Sayt:

  • 

    Kvadrat köklər haqqında

    Tarix: 30 noyabr 2015 | 15:25, Baxılıb 298
    Son Yenilənmə Tarixi: 30 noyabr 2015
    Mövzu: Kvadrat köklər haqqında,
    Müəllif: Elçin Hüseynov

    Hələ qədim zamanlardan kvadratın məlum tərəfinə görə onun sahəsinin axtarılması ilə yanaşı bunun tərsi olan məsələ də həll edilirdi: «Kvadratın tərəfi nə qədər olmalıdır ki, onun sahəsi a - ya bərabər olsun?». Hələ 4 min il əvvəl Babilistan alimləri belə məsələni həll etməyi bacarırdılar. Onlar ədədlərin kvadratları və kvadrat kökləri cədvəlini tərtib etmişdilər.

    Babililər təqribi kvadrat kökalma metodundan istifadə etmişlər. Bunun məzmunu aşağıdakı kimidir. Tutaq ki, a tam kvadrat olmayan hər hansı ədəddir (natural ədəd olduğu nəzərdə tutulur). a - nı b2 + c2 cəmi şəklində yazaq, burada c, b2 ilə müqayisədə kifayət qədər kiçik ədəddir. Onda


    a = b 2 + c b + c 2 b

    Məsələn, a = 112 olarsa, onda


    112 = 10 2 + 12 10 + 12 20 = 10 , 6

    Yoxlama göstərir ki, 10,62 = 112,36. Kvadrat kökalmanın göstərilən üsulu qədim yunan alimi İskəndəriyyəli Heron (b. e. - nın I əsri) tərəfindən təsvir edilmişdir.

    Dirçəliş dövründə Avropa riyaziyyatçıları kökü latın sözü olan Radix (kök), sonra isə qısa şəkildə R (buradan «radikal» termini yaranmışdır; kök işarəsini belə adlandırmaq qəbul olunmuşdur) ilə işarə etmişlər. Bəzi XV əsr alman riyaziyyatçıları kvadrat kökü işarə etmək üçün nöqtələrdən istifadə etmişlər. Bu nöqtəni kvadrat kökü alınacaq ədədin qarşısında qoyurlar. Sonralar nöqtə əvəzinə ◊ romb işarəsi, nəticədə kökü alınan ifadənin qarşısında V işarəsi və üstündə xətt çəkirdilər. Sonra isə V işarəsi ilə xətti birləşdirdilər. Belə yazılışa Dekartın «Həndəsə» və Nyutonun «Ümumi hesab» kitablarında rast gəlinir. Kökün müasir yazılışı fransız riyaziyyatçısı M. Rollun (1652 - 1719) «Cəbrdən rəhbərlik» kitabında işlədilmişdir.


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.