Bərabərsizliklər haqqında 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 3 nəfər
  • Sayt:

  • 

    Bərabərsizliklər haqqında

    Tarix: 29 noyabr 2015 | 14:02, Baxılıb 276
    Son Yenilənmə Tarixi: 29 noyabr 2015
    Mövzu: Bərabərsizliklər haqqında,
    Müəllif: Elçin Hüseynov

    «Böyük» və «kiçik» anlayışları bərabərlik anlayışı ilə yanaşı əşyaları sayma və müxtəlif kəmiyyətlərin müqayisə edilməsinin zəruriliyi ilə əlaqədar meydana gəlmişdir. Bərabərsizlik anlayışından hələ qədim yunanlar istifadə etmişlər. Arximed (b. e. ə. III əsr) çevrənin uzunluğunu hesablamaqla məşğul olarkən müəyyən etmişdir ki, hər bir dairənin perimetri artığı ilə diametrin üç mislinə bərabərdir, hansı ki, bu artıqlıq diametrin yeddidə bir hissəsindən kiçik, yetmiş birdə bir hissəsindən isə böyükdür. Başqa sözlə desək, Arximed π ədədinin sərhədlərini göstərmişdir.


    3 10 71 < π < 3 1 7

    Evklid özünün məşhur «Başlanğıclar» əsərində bir sıra bərabərsizliklər vermişdir. Məsələn, o isbat etmişdir ki, iki müsbət ədədin həndəsi ortası onların ədədi ortasından böyük deyildir, yəni

    a b a + b 2
    bərabərsizliyi doğrudur. Papp Aleksandriyskinin (III əsr) «Riyaziyyat məcmuəsi»ndə isbat edilir ki, a b > c d (a, b, c və d müsbət ədədlərdir) olarsa, onda ad > bc.

    Lakin bütün bu mühakimələr əksər hallarda həndəsi terminologiyaya əsaslanaraq sözlərlə aparılırdı. Müasir bərabərsizlik işarələri ancaq XVII - XVIII əsrlərdə meydana gəlmişdir. < və > işarələrini ingilis riyaziyyatçısı T. Harriott (1560 - 1621), ≤ və ≥ işarələrini fransız riyaziyyatçısı R. Vuqe (1698 - 1758) vermişdir.

    Bərabərsizliklər və bərabərsizliklər sistemlərindən nəzəri tədqiqatlarda olduğu kimi, mühüm praktik məsələlərin həllində də geniş istifadə edilir.


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.