Təqribi hesablamalar haqqında 





  • Mövzular: 120
  • Biletlər: 8
  • Online Testlər: 5
  • Hazır olan Testlər: 138
  • Test bankı cavabları: 30
  • Tarixi məlumatlar: 33

  • Online: 3 nəfər
  • Sayt:

  • 

    Təqribi hesablamalar haqqında

    Tarix: 29 noyabr 2015 | 11:58, Baxılıb 203
    Son Yenilənmə Tarixi: 29 noyabr 2015
    Mövzu: Təqribi hesablamalar haqqında,
    Müəllif: Elçin Hüseynov

    Təqribi hesablamaların ayrı - ayrı priyomları hələ qədimdə meydana gəlmişdir. Bu, praktikanın n tələbləri ilə əlaqədar yaranmışdır ki, belə ki, kəmiyyətləri ölçərkən həmişə təqribi qiymət alınır. Adamlar həmişə özlərinin hesablamalara sərf etdikləri əməyini yüngülləşdirməyə çalışmışlar. Bunun üçün müxtəlif cədvəllər tərtib edilirdi. Hələ kəsrlərlə hesablamalarda çətinlik çəkən qədim misirlilər kəsrlərin vahid kəsrlərin cəmi ilə ifadə edilməsi üçün cədvəl tərtib edirdilər. Qədim babililər tərs kəmiyyətlərin kvadratların kubları cədvəllərini tərtib etmişlər.

    Təqribi hesablamalar nəzəriyyəsinin inkişafında akademik Aleksey Nikolayeviç Krılovun (1863 - 1945) böyük xidməti olmuşdur.

    Görkəmli gəmi inşaatçısı, riyaziyyat və mexanik olmaqla o, riyazi metodları mexaniki məsələlərin həllinə tətbiq etmişdi. O, hesablamaların səmərəli aparılması məsələsinə xüsusi fikir vermişdi.

    A. N. Krılov yazırdı ki, hesablama praktika üçün lazım olan dərəcədə dəqiq aparılmalıdır, həm də hər bir doğru olmayan rəqəm bir səhv, hər bir artıq rəqəm isə yarım səhvdir.


    Система Orphus Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini sıxın.